Son dəqiqə

Azərbaycan Polşa Ələt Azad İqtisadi Zonası

Azərbaycanın və Polşanın iqtisadi zonaları arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycanın və Polşanın iqtisadi zonaları arasında Anlaşma Memorandumu imzalanıb.

TurkicWorld-un məlumatına görə, sənəd Ələt Azad İqtisadi Zonasının (AİZ) idarəetmə heyətinin sədri Valeh Ələsgərov və Vаlbjiх şəhərindəki "INVEST-PARK" xüsusi iqtisadi zonanın direktoru Mariuş Tomçak tərəfindən imzalanıb.

Qeyd edək ki, həmçinin Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 8-ci iclasının yekunlarına dair protokol da imzalanıb.

Xatırladaq ki, bu gün Bakı şəhərində Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib. İclasda iki ölkənin müxtəlif dövlət strukturlarının nümayəndələri iştirak ediblər.

Mövzuya görə xəbərlər