Bakı. TurkicWorld:
Serbiya və Azərbaycan qaz nəqlinə dair müzakirələri davam etdirəcək.
TurkicWorld-in məlumatına görə, bu barədə Serbiya Respublikasının energetika naziri Dubravka Jedoviç TurkicWorld-ə eksklüziv müsahibəsində bildirib.
D.Jedoviç Bakıya səfəri zamanı Azərbaycandan Serbiyaya nəql olunacaq qazın həcminə dair müzakirələrlə yanaşı, qaz elektrik stansiyalarının tikilməsi imkanlarının da müzakirə olunacağını qeyd edib.