Bakı, TurkicWorld
Ötən il Azərbaycan və Estoniya arasında ticarət dövriyyəsi 32 milyon dollar olub.
TurkicWorld-un müxbiri xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Estoniya xarici işlər naziri Marqus Tsahkna ilə birgə keçirilən mətbuat konfrasında çıxışı zamanı deyib.
Nazir bildirib ki, Estoniya Azərbaycana 25 milyon investisiya qoyub.
"70-ə yaxın Estoniya şirkəti hazırda Azərbaycanda fəaliyyət gösətirir. Bugünki görüşdə bir sıra iqtisadi məsələlər də müzakirə edildi. Bundan əlavə alternativ enerji layihələri ilə bağlı fikir mübadiləsi apardıq".