Son dəqiqə

Vilyam Hacıyev azadlığa buraxılıb

Bakı, TurkicWorld

İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev səhhəti ilə əlaqədar vaxtından əvvəl azadlığa buraxılıb.

TurkicWorld-un məlumatına görə, Xəzər Rayon Məhkəməsi bu gün Hacıyevin səhhətini nəzərə alaraq onun cəzasının azaldılması barədə qərar qəbul edib. Qərar qəbul edilənədək cəza müddətinin başa çatmasına 1 ildən bir qədər çox vaxt qalırdı.

Vilyam Hacıyev 2020-ci il mayın 5-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb.