Bakı. TurkicWorld:
Hafiz İsmayılbəyli Hesablama Palatasının auditoru təyin ediləcək.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin oktyabrın 20-də keçiriləcək iclasının gündəliyində bununla bağlı məsələ yer alıb.
Belə ki, komitə iclasında Hafiz Mahir oğlu İsmayılbəylinın Azərbaycan Respublikası Hesablama Palatasının auditoru vəzifəsinə namizədliyinə dair rəy haqqında müzakirələr aparılacaq.







