Son dəqiqə

Azərbaycan Bakı bp şirkəti Enerji layihələri Qordon Birrel

bp-nin vitse prezidenti Qordon Birrel Bakıya səfər edib

BAKI,TurkicWorld

bp şirkətinin Apstrim üzrə icraçı vitse prezidenti Qordon Birrel Azərbaycana iki günlük işgüzar səfər edib. Səfər çərçivəsində şirkətin ölkədəki fəaliyyəti, enerji layihələrinin icrası və gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunur.

TurkicWorld xəbər verir ki, Qordon Birrelin Bakı səfəri zamanı onun proqramına bp-nin regiondakı biznes fəaliyyətinin vəziyyəti ilə tanışlıq, əsas prioritetlərin və gələcək perspektivlərin nəzərdən keçirilməsi daxildir.

Səfər çərçivəsində Qordon Birrel Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəflə görüş keçirib.

Görüşlərdə bp-nin Azərbaycanda həyata keçirdiyi enerji layihələrinin gedişi, şirkətin qlobal və regional fəaliyyət istiqamətləri, eləcə də gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

Qordon Birrel həmçinin İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edib. Forum çərçivəsində enerji sahəsində tərəfdaşlıq, investisiya imkanları və regional inkişaf məsələləri diqqət mərkəzində olub.

Mövzuya görə xəbərlər