İl ərzində Livandan Türkiyə limanlarına 3 milyon tondan çox yük daşınıb (ÖZƏL)

İl ərzində Livandan Türkiyə limanlarına 3 milyon tondan çox yük daşınıb (ÖZƏL)

Ankara. TurkicWorld:

2022-ci ilin yanvar-oktyabr aylarında Livandan Türk limanlarına 3 milyon 354 min 988 ton yük daşınıb. Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər Livandan limanlara 259 min 343 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 2 milyon 829 min 743 ton yük çatdırıb.

Bu müddət ərzində Livan bayraqlı gəmilərlə Türkiyə limanlarına 265 min 903 ton yük çatdırılıb. 2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyə limanlarına Livandan 397 min 178 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2022-ci ilin oktyabr ayında Türkiyə limanları 34 milyon 207 min 476 ton yük qəbul edib. Bu

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 423 min 909 ton təşkil edib.

Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 31 milyon 783 min 567 ton olub.

Bununla yanaşı, 2022-ci ilin oktyabr ayında Türkiyə limanlarından 6 milyon 324 min 357 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyə limanları 330 milyon 806 min 286 ton yük qəbul edib.

2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 23 milyon 763 min 641 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 307 milyon 42 min 645 ton təşkil edib.

Məlumatda bildirilib ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyə limanlarından 66 milyon 999 min 239 ton transit yük daşınıb.