Ukrayna vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlak sayı artıb

Ukrayna vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlak sayı artıb

Ankara. TurkicWorld:

2022-ci ilin oktyabr ayında Ukrayna vətəndaşları Türkiyədə 216 daşınmaz əmlak alıblar ki, bu da 2021-ci ilin oktyabr ayı ilə müqayisədə 94 obyekt çoxdur.

TurkicWorld bu barədə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanına istinadən məlumat verir.

Məlumata görə,2022-ci ilin yanvar-oktyabr aylarında Ukrayna vətəndaşları Türkiyədə 1991 daşınmaz əmlak satın alıblar ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 745 obyekt çoxdur.

2022-ci ilin oktyabr ayında Türkiyədə 102 min 660 əmlak satılıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 25,3 faiz azdır. Oktyabr ayında Türkiyədə əcnəbilərə 5 min 377 əmlak satılıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 8,8 faiz azdır.