Yanvar-oktyabr aylarında Rusiya vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlak sayı çoxalıb

Yanvar-oktyabr aylarında Rusiya vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlak sayı çoxalıb

Ankara. TurkicWorld:

2022-ci ilin oktyabr ayında Rusiya vətəndaşları Türkiyədə 2 min 23 daşınmaz əmlak alıblar ki, bu da 2021-ci ilin oktyabr ayı ilə müqayisədə 1 min 480 obyekt çoxdur.

TurkicWorld bu barədə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanına istinadən məlumat verir.

Məlumata görə,2022-ci ilin yanvar-oktyabr aylarında Rusiya vətəndaşları Türkiyədə 11 min 334 daşınmaz əmlak satın alıblar ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 5 min 955 obyekt azdır.

2022-ci ilin oktyabr ayında Türkiyədə 102 min 660 əmlak satılıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 25,3 faiz azdır. Oktyabr ayında Türkiyədə əcnəbilərə 5 min 377 əmlak satılıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 8,8 faiz azdır.