Yanvar-oktyabr aylarında Türkiyənin Ceyhan limanına 11 milyon tondan çox yük çatdırılıb (ÖZƏL)

Yanvar-oktyabr aylarında Türkiyənin Ceyhan limanına 11 milyon tondan çox yük çatdırılıb (ÖZƏL)

Ankara. TurkicWorld:

2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin Adana şəhərində yerləşən Ceyhan limanı 11 milyon 74 min 136 ton yük qəbul edib.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Ceyhan limanından Türkiyə bayrağı altında üzən gəmilərlə 154 min 247 ton, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 10 milyon 919 min 889 ton yük daşınıb.

“2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin Ceyhan limanından 36 milyon 712 min 861 ton tranzit yük aşırılıb”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyə limanları 330 milyon 806 min 286 ton yük qəbul edib.

2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 23 milyon 763 min 641 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 307 milyon 42 min 645 ton təşkil edib.

Məlumatda bildirilib ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyə limanlarından 66 milyon 999 min 239 ton transit yük daşınıb.