Ceyhan limanı Azərbaycan nefti neft FOB Azeri Light

Azərbaycan nefti ucuzlaşıb

BAKI,TurkicWorld

İtaliyanın Auqusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,07 ABŞ dolları və ya 0,1% azalaraq 65,73 dollar təşkil edib.

Bu barədə TurkicWorld-ə neft bazarındakı mənbə məlumat verib.

Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,03 dollar və ya 0,05% bahalaşaraq 63,99 dollar təşkil edib.

"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,07 dollar və ya 0,2% azalaraq, 33,47 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən "Dated Brent" markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,04 dollar və ya 0,06% azalaraq 62,92 dollar/barel təşkil edib.

Azərbaycanın 2026-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Mövzuya görə xəbərlər