Oktyabr ayında Türkiyə polad ixracını 38 faizdən çox azalıb

Oktyabr ayında Türkiyə polad ixracını 38 faizdən çox azalıb

Bakı. TurkicWorld:

2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz artaraq 18,4 milyard dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin oktyabr ayında Türkiyə 1,4 milyard dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 38,2 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki , son 12 ay ərzində (oktyabr 2021- oktyabr 2022) Türkiyə 22,7 milyard dollar məbləğində polad ixrac edib.