Son dəqiqə

Türkiyə TOBB Türkiyə Ticarət və Sənaye Palatası Türkiyədə Qazaxıstan kapitalı

Qazaxıstan investorlar Türkiyəyə axın edir – yatırım məbləği sürətlə artır (ÖZƏL)

BAKI,TurkicWorld, Orxan Qədirzadə

2026-ci ilin yanvar-mart ayında Türkiyədə Qazaxıstan kapitalı ilə 8 şirkət qeydiyyata alınıb ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 4 şirkət çoxdur.

Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Qazaxıstan şirkətlərinin məcmu kapitalı 2 milyon 920 min türk lirəsi olduğu halda, 2025-ci ilin eyni dövründə bu rəqəm 7 milyon 185 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2026-cı ilin yanvar-mart ayında Qazaxıstan şirkətlərinin əksəriyyəti İstanbulda (5) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən Qazaxıstan şirkətlərinin ümumi kapitalı 1 milyon 350 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən, 2026-cı ilin yanvar-mart ayında Türkiyədə Qazaxıstan kapitalı ilə 2 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.

Mövzuya görə xəbərlər