Son dəqiqə

Türkiyə limanları Mersin limanı Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi

Türkiyənin Mersin limanının yük qəbulu 10 milyon tonu keçib (ÖZƏL)

BAKI, TurkicWorld, Orxan Qədirzadə

2026 - cı ilin mart ayında Türkiyənin Mersin limanı 10 milyon 180 min 949 ton yük qəbul edib.

Bu barədə TurkicWorld -ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Mersin limanından Türkiyə bayrağı altında üzən 445 min 260 ton yük, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 8 milyon 881 min 854 ton yük daşınıb.

2026 - ci ilin mart ayında Mersin limanından tranzit 220 min 335 ton yük aşırılıb.

Qeyd edək ki, 2026-cı ilin mart ayında Türkiyə limanları 4 min 608 gəmi qəbul edib.

“Bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 134, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə min 474 olub.”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2026-cı ilin mart ayında Türkiyə limanları 76 milyon 809 min 328 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 10 milyon 818 min 996 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 65 milyon 990 min 332 ton olub”, – deyə nazirlikdən bildirilib.

Mövzuya görə xəbərlər