Son dəqiqə

AMB

Ötən il CƏB-də 3,5 milyard dollar profisit formalaşıb

Bakı. TurkicWorld:

2025-ci ildə cari əməliyyatlar balansında (CƏB) 3,5 milyard dollarlıq profisit formalaşıb. Bu da ümumi daxili məhsulun (ÜDM) 4,6 faizini təşkil edib.

TurkicWorld xəbər verir ki, bunu bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov 2025-ci ilin yekunlarına dair tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqə deyib.

Xəbər yenilənəcək

Mövzuya görə xəbərlər