Türkiyədə Ukrayna şirkətlərinin məcmu kapitalı keçən ilə nəzərən artıb (ÖZƏL)

Türkiyədə Ukrayna şirkətlərinin məcmu kapitalı keçən ilə nəzərən artıb (ÖZƏL)

Ankara . TurkicWorld:

2022-ci ilin yanvar-avqust aylarında Türkiyədə Ukrayna kapitalı ilə 142 şirkət qeydiyyata alınıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 81 şirkət çoxdur.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Ukrayna şirkətlərinin sayı ilə bərabər, onların ümumi kapitalıda artıb.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Ukrayna şirkətlərinin məcmu kapitalı 29 milyon 108 min 900 türk lirəsi olduğu halda, 2021-ci ilin eyni dövründə bu rəqəm 17 milyon 195 min 225 türk lirəsi təşkil edib”-deyə TOBB-dan bildirilib.

TOBB-dan o da qeyd olunub ki, 2022-ci ilin yanvar-avqust aylarında Ukrayna şirkətlərinin əksəriyyəti İstanbulda (94) qeydiyyata alınıb.

“İstanbulda qeydiyatdan keçən Ukrayna şirkətlərinin ümumu kapitalı 14 milyon 971 min 900 türk lirəsi təşkil edib” –deyə TOBB-dan bildiriblər.

Qeyd olunub ki , 2022-ci ilin yanvar-avqust aylarında Türkiyədə Fransa kapitalı ilə 27 topdan və pərakəndə və 6 istehsal şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.