Son dəqiqə

Azərbaycan Prezident İlham Əliyev Türkiyə Ermənistan Nikol Paşinyan Avropa İttifaqı Zəngəzur dəhlizi Bakı-Tbilisi-Qars (BTQ) Vaşinqton Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP)

TRIPP regional əlaqəliliyi əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər - Aİ hesabatı

BAKI, TurkicWorld

“Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu” (TRIPP) regional əlaqəliliyi əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.

TurkicWorld xəbər verir ki, bu barədə Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən meta-tədqiqatda (EU-funded meta-study) qeyd olunur.

“Bu əlaqələrin bərpası iqtisadi əməkdaşlığı gücləndirə, transsərhəd ticarəti stimullaşdıra və yeni marşrutların əlavə edilməsi hesabına dəhlizin dayanıqlığını və şaxələndirilməsini artıra bilər. İqtisadi təsirlə bağlı daha ətraflı araşdırmalar hələ də davam etsə də, ekspertlər qeyd edirlər ki, TRIPP ənənəvi Bakı–Tbilisi–Qars marşrutu ilə müqayisədə səyahət müddətini 25 faizədək azalda bilər”,- deyə hesabatda bildirilib.

Qeyd olunur ki, regional iştirakçılar Azərbaycan, Ermənistan və Türkiyə arasında nəqliyyat əlaqələrinin bərpası və inkişafı istiqamətində təşəbbüsləri fəal şəkildə həyata keçirirlər.

Məlumata görə, bu səylər müxtəlif idarəetmə modellərini və strateji məqsədləri əks etdirsə də, bütövlükdə bərpa olunmuş əlaqəliliyə doğru irəliləyişi nümayiş etdirir.

Xatırladaq ki, 2025-ci ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidentinin iştirakı ilə birgə bəyannamə imzalayıblar. Sənəddə regional əlaqələrin bərpası çərçivəsində Zəngəzur dəhlizinin (“Tramp marşrutu”) istifadəyə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, iki ölkənin xarici işlər nazirləri “Sülh və dövlətlərarası münasibətlər haqqında” Sazişi paraflayıblar.

Mövzuya görə xəbərlər