Türkiyədən Qazaxıstana məşğulluq məqsədilə səfər edənlərin sayı azalıb (ÖZƏL)

Türkiyədən Qazaxıstana məşğulluq məqsədilə səfər edənlərin sayı azalıb (ÖZƏL)

Bakı. TurkicWorld:

2022-ci ilin yanvar-avqust aylarında Türkiyədən Qazaxıstana məşğulluq məqsədilə səfər edənlərin sayı əhəmiyyətli dərəcədə azalıb.

Bu barədə TurkicWorld -a Türkiyənin Məşğulluq Xidməti Baş İdarəsindən (İŞKUR) bildiriblər.

Statistikaya əsasən, hesabat dövründə Türkiyədən Qazaxıstana iş axtarmaq üçün gələnlərin sayı 2021-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 38,2 faiz azalıb.

İŞKUR-dan qeyd ediblər ki, bu dövr ərzində Qazaxıstana qurum vasitasilə iş tapmaq üçün 123 Türkiyə vətəndaşı səfər edib.

Məlumatda o da qeyd edilib ki, ümumilikdə, hesabat dövründə 10 min 879 nəfər Türkiyə vətəndaşı iş tapmaq üçün İŞKUR vasitəsi ilə xaricə səfər edib. Bu, 2021-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 23,4 faiz çoxdur.

“Bu ilin avqust ayında İŞKUR vasitəsilə Türkiyədə 197 min 533 nəfər məşğulluğa cəlb olunub. İşlə təmin edilənlərin 63,3 faizi kişi, 36,7 faizi isə qadındır. avqust ayında Türkiyədə işsiz sayı 3 milyon 343 min 638 nəfər təşkil edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 5,5 faiz azdır", - deyə İŞKUR-dan bildirilib.