Türkiyədən Azərbaycana məşğulluq məqsədi ilə səfər edənlərin sayı 300-ə qədər artıb (ÖZƏL)

Türkiyədən Azərbaycana məşğulluq məqsədi ilə səfər edənlərin sayı 300-ə qədər artıb (ÖZƏL)

Bakı. TurkicWorld:

2022-ci ilin yanvar-avqust aylarında Türkiyədən Azərbaycana məşğulluq məqsədilə səfər edənlərin sayı əhəmiyyətli dərəcədə artıb.

Bu barədə TurkicWorld -a Türkiyənin Məşğulluq Xidməti Baş İdarəsindən (İŞKUR) bildiriblər.

Statistikaya əsasən, hesabat dövründə Türkiyədən Azərbaycana iş axtarmaq üçün gələnlərin sayı 2021-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 9,7 dəfə artıb.

İŞKUR-dan qeyd ediblər ki, bu dövr ərzində Azərbaycana qurum vasitasilə iş tapmaq üçün 279 Türkiyə vətəndaşı səfər edib.

Məlumatda o da qeyd edilib ki, ümumilikdə, hesabat dövründə 10 min 879 nəfər Türkiyə vətəndaşı iş tapmaq üçün İŞKUR vasitəsi ilə xaricə səfər edib. Bu, 2021-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 23,4 faiz çoxdur.

“Bu ilin avqust ayında İŞKUR vasitəsilə Türkiyədə 197 min 533 nəfər məşğulluğa cəlb olunub. İşlə təmin edilənlərin 63,3 faizi kişi, 36,7 faizi isə qadındır. avqust ayında Türkiyədə işsiz sayı 3 milyon 343 min 638 nəfər təşkil edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 5,5 faiz azdır", - deyə İŞKUR-dan bildirilib.