Avropa Yenidənqurma və İnkişaf Bankının prezidentinin Azərbaycana səfəri başlayıb

Avropa Yenidənqurma və İnkişaf Bankının prezidentinin Azərbaycana səfəri başlayıb

Bakı. TurkicWorld:

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odil Reno-Basso Azərbaycana işgüzar səfər edib.

TurkicWorld-un məlumatına görə, bank rəhbəri səfəri zamanı Azərbaycanın siyasi rəhbərliyi, diplomatik ictimaiyyət, işgüzar tərəfdaşlarla görüşlər keçirəcək.

Bundan başqa, Gəncədə küçə işıqlandırması layihəsinin və Azərbaycanda "Yaşıl şəhər" proqramı çərçivəsində bankın ikinci layihəsi üzrə sazişin imzalanması gözlənilir.

Həmçinin, AZPROMO ilə telekommunikasiya, media və texnologiya sektorunun inkişafı ilə layihənin işə salınması planlaşdırılır.