Türkiyənin Gürcüstana sement ixracatı artıb

Türkiyənin Gürcüstana sement ixracatı artıb

Bakı. TurkicWorld:

Türkiyə 2022-ci ilin yanvar-avqust aylarında Gürcüstana sement və şüşə ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 35,4 faiz artıraraq 43,3 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Avqust ayında Türkiyə Gürcüstana sement və şüşə ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 19,3 faiz artıraraq 6,3 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2022-ci ilin yanvar-avqust aylarında Türkiyənin sement və şüşə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 24 faiz artaraq 3,7 milyard dollara bərabər olub.

Bu ilin avqust ayında Türkiyə 475,3 milyon dollar məbləğində sement və şüşə ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 13,1 faiz çoxdur.

Qeyd olunub ki , son 12 ay ərzində (avqust 2021- avqust 2022) Türkiyə 5,3 milyard dollar məbləğində sement və şüşə ixrac edib.