Yanvar-avqust ayında Türkiyə Gürcüstana polad ixracını artırıb

Yanvar-avqust ayında Türkiyə Gürcüstana polad ixracını artırıb

Bakı. TurkicWorld:

Türkiyə 2022-ci ilin yanvar-avqust aylarında Gürcüstana polad ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 32,4 faiz artıraraq 122,4 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Avqust ayında Türkiyə Gürcüstana polad ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 15,6 faiz artıraraq 19,6 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2022-ci ilin yanvar-avqust aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 16,6 faiz artaraq 15,3 milyard dollara bərabər olub.

Bu ilin avqust ayında Türkiyə 1,8 milyard dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 18,9 faiz azdır.

Qeyd olunub ki , son 12 ay ərzində (avqust 2021- avqust 2022) Türkiyə 24,4 milyard dollar məbləğində polad ixrac edib.