Yanvar-avqust aylarında Türkiyə polad ixracını 16 faizdən çox artırıb

Yanvar-avqust aylarında Türkiyə polad ixracını 16 faizdən çox artırıb

Bakı. TurkicWorld:

2022-ci ilin yanvar-avqust aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 16,6 faiz artaraq 15,3 milyard dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin avqust ayında Türkiyə 1,8 milyard dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 18,9 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki , son 12 ay ərzində (avqust 2021- avqust 2022) Türkiyə 24,4 milyard dollar məbləğində polad ixrac edib.