Son dəqiqə

Azərbaycan qeyri-neft sektoru İİTKM

Azərbaycan 11 ayda metanol ixracından 90 milyon dollara yaxın gəlir əldə edib

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Cari ilin yanvar-noyabr aylarında Azərbaycandan 85,5 milyon ABŞ dolları dəyərində metanol (metil spirti) ixrac edilib.

Bu barədə TurkicWorld İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın dekabr sayına istinadən xəbər verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9,4 milyon ABŞ dolları və ya 9,9% azdır.

Belə ki, ötən ilin eyni dövründə ölkədən 94,9 milyon ABŞ dolları dəyərində metanol edilmişdi.

Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,3% artaraq 3,3 milyard ABŞ dolları təşkil edib

Mövzuya görə xəbərlər