Son dəqiqə

Azərbaycan AzerGold qeyri-neft sektoru İİTKM

“AzerGold" QSC ixrac gəlirlərini 55%-dən çox artırıb

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Bu ilin yanvar-noyabr aylarında “AzerGold" Qapalı Səhmdar Cəmiyyəti (QSC) 205,9 milyon ABŞ dolları dəyərində ixrac əməliyyatları aparıb.

TurkicWorld xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın dekabr sayında bildirilib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 73,5 milyon ABŞ dolları və ya 55,5% çoxdur.

Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,3% artaraq 3,3 milyard ABŞ dolları təşkil edib.

Mövzuya görə xəbərlər