Son dəqiqə

Türkiyə limanları Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi Türkiyə limanlarının yük qəbulu 2025 Türkiyə limanlarının statistikası 2025 Türkiyə limanlarına daxil olan yüklər Türkiyə limanlarının yük qəbul etmə statistikası 2025 Türkiyə limanlarına daxil olan gəmi sayı Türkiyə limanları və beynəlxalq gəmiçilik

Türkiyə limanları 58 mindən çox gəmi qəbul edib (ÖZƏL)

Bakı, TurkicWorld, Nailə Babazadə

Bu ilin noyabr ayında Türkiyə limanları 4 min 813 gəmi qəbul edib.

Bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı min 634 bayrağı altında qəbul edilən gəmilərin sayı isə 3 min 179 olub.

2025-ci ilin yanvar - noyabr ayında Türkiyə limanları 58 min 24 gəmi qəbul edib.

“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 20 min 383, Türkiyə bayrağı altında olan gəmilər isə 37 min 641 olub”, - deyə nazirlikdən bildirilib.

Mövzuya görə xəbərlər