Son dəqiqə

Azərbaycan İran İran İslam Respublikasının Ərdəbil vilayətinin valisi Məsud İmami Yeganehi

Ərdəbil vilayəti Azərbaycanla məhsul ixracını artırmaq niyyətindədir

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Cari İran ilinin 8 ayı (21 mart -21 noyabr 2025) ərzində Ərdəbil vilayətinin Azərbaycanla gömrük-sərhəd məntəqəsi vasitəsi ilə 270 milyon dollarlıq məhsul ixrac edib.

Bunu TurkicWorld-a müsahibəsində İranın Ərdəbil vilayətinin valisi Məsud İmami Yeganə deyib.

Vali bildirib ki, Ərdəbil vilayəti Azərbaycan tərəfi ilə əməkdaşlığı genişləndirərək məhsul ixracını artırmaq niyyətindədir.

Onun sözlərinə görə, Azərbaycanda baş tutan görüşlərdə qarşılıqlı səfərlərdən sonra davamlı şəkildə hər iki tərəfin mütəxəssisləri arasında əlaqələrin inkişafının diqqət mərkəzində saxlanılması önəm kəsb edir.

Mövzuya görə xəbərlər