Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi xalça Türkiyənin ixracatı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM) İxracat

Türkiyədən Azərbaycana xalça ixracı 8 milyon dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Azərbaycana xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 16,2 faiz azalaraq, 8 milyon 239 min 82 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2025-cü ilin noyabr ayında Azərbaycana xalça ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 23,1 faiz azalaraq, 906 min 39 dollara çatdırıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz azalaraq, 2 milyard 553 milyon 705 min dollara bərabər olub.

“Bu ilin noyabr ayında Türkiyə 250 milyon 886 min dollar məbləğində xalça ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 3,5 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində ( noyabr 2024- noyabr 2025) Türkiyə 2 milyard 800 milyon 843 min dollar məbləğində xalça ixrac edib.

Mövzuya görə xəbərlər