Son dəqiqə

Azərbaycan Gəncə Almaniya

Azərbaycan və Almaniyan arasında Gəncədə birgə müəssisə yaradılır

Bakı. TurkicWorld:

"Azərbaycan Sənaye Korporasiyası" ilə Almaniyanın “Achenbach Buschhütten” şirkəti arasında imzalanmış müqaviləyə əsasən alüminium məhsullarının istehsalı üzrə birgə müəssisə təsis edilir.

TurkicWorld xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov rəsmi "Twitter" hesabında bildirib.

Layihə çərçivəsində Gəncədə illik istehsal gücü 105 min ton olan alüminium yayma məhsullarının istehsalı və layihənin birinci mərhələsində 132 mln.$ həcmində sərmayə qoyulması nəzərdə tutulur.

Bu, 800-dən çox yeni iş yerinin yaradılmasına, alüminiumsənayesinin inkişafı, rəqabət qabiliyyətinin artırılması və ixrac imkanlarının genişləndirilməsinə töhfə verəcək.

Mövzuya görə xəbərlər