Son dəqiqə

Azərbaycan turizm Türkiyə turizm statistikası Türkiyəli turistlər Turizm rekordları 2025 turizm mövsümü Turizm infrastrukturu Turizm təzyiqi Turizm müsbət və mənfi təsirləri Turistik şəhərlər xarici turist axını Türkiyə Turizm diplomatiyası turizm siyasəti

Türkiyəyə səfər edən Azərbaycan turistlərinin sayı azalıb (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2025 -ci ilin sentyabrında Azərbaycandan Türkiyəyə 84 min 187 turist səfər edib ki, bu da 2024-cü ilin sentyabrı ilə müqayisədə 2,11 faiz azdır.

Bu barədə TurkicWorld -a Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı 1,38 faiz təşkil edib.

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan Türkiyəyə 722 min 894 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,89 faiz azdır.

2025-ci ilin yanvar-sentyabr aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı isə 1,74 faiz təşkil edib.

Nazirliyin məlumatında qeyd edilir ki, 2025-ci ilin sentyabrında Türkiyəyə 7 milyon 50 min 876 turist səfər edib ki, bu da ötən ilin sentyabrı ilə müqayisədə 2,62 faiz çoxdur.

2025 -ci ilin yanvar- sentyabr aylarında 49 milyon 992 min 520 turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,65 faiz çoxdur.

Mövzuya görə xəbərlər