Son dəqiqə

Yük daşımaları Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi Beynəlxalq yük daşımaları sərnişin təyyarələri Diyarbakır Hava limanı Türkiyə yük daşımaları 2025 Türkiyə yük daşımaları Türkiyə daxili və beynəlxalq yük daşımaları Sərnişin rekordu Sərnişin sayı

Diyarbəkir hava limanında sərnişindaşıma 1 milyon nəfəri keçib (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2025-ci ilin sentyabr ayında Türkiyənin Diyarbəkir Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq, 1 milyon 707 min 856 nəfər olub.

Bu barədə TurkicWorld -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin sentyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 4 faiz artaraq, 1 milyon 547 min 763 nəfər, beynəlxalq reyslər üzrə isə 27 faiz artaraq 160 min 93 nəfər təşkil edib.

2025-ci ilin sentyabr ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq 16 min 557 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin sentyabr ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4 faiz artaraq, 13 min 618 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 13 faiz artaraq, 2 min 938 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2025-ci ilin sentyabr ayında həyata keçirilən uçuşların sayı 2024-cü ilin sentyabr ayı ilə müqayisədə 7 faiz artaraq, 10 min 499 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 5 faiz artaraq, 9 min 370, beynəlxalq reyslər üzrə isə 26 faiz artaraq min 129 olub.

2025-ci ilin sentyabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 187 milyon 284 min 23 nəfər, yük daşınması isə 3 milyon 844 min 139 ton təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.

Mövzuya görə xəbərlər