Son dəqiqə

Çin Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi polad Türkiyənin ixracatı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə polad ixracı 2025 Türkiyənin dünya bazarlarına polad satışı 2024 və 2025 polad ixrac müqayisəsi Türkiyə polad ixrac həcmi Türkiyə polad ixrac statistikası Türkiyə İxracatçılar Məclisi (TİM) İxracat Türkiyə polad sənayesi Türkiyə polad ixracı

Türkiyədən Çinə polad ixracı 17 milyon dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2025-ci ilin yanvar – sentyabr aylarında Türkiyədən Çinə polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 20,7 faiz artaraq, 17 milyon 955 min 22 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2025-cü ilin sentyabr ayında Çinə polad ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 66,4 faiz artaraq, 2 milyon 441 min 87 dollara çatdırıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz artaraq, 12 milyard 455 milyon 938 min dollara bərabər olub.

“Bu ilin sentyabr ayında Türkiyə 1 milyard 497 milyon 336 min dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 2,1 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2024-sentyabr 2025) Türkiyə 16 milyard 388 milyon 957 min dollar məbləğində polad ixrac edib.

Mövzuya görə xəbərlər