Son dəqiqə

Macarıstan Orta Dəhliz Türk dövlətləri Türk Dövlətləri Təşkilatı (TDT) Macarıstanın TDT toplantısında iştirakı

Orta Dəhliz Türk dövlətlərinin iqtisadiyyatını, mədəniyyətini və strategiyasını birləşdirir - Macarıstandan baxış

Bakı.TurkicWorld

Orta Dəhliz təkcə nəqliyyat layihəsi deyil həm də Türk dünyasının inteqrasiyasının strateji bir alətidir.

TurkicWorld xəbər verir ki, bu barədə Macarıstanın Beynəlxalq Münasibətlər İnstitutunun baş elmi əməkdaşı Laslo Vaşa Bakıda Türk Dövlətləri Təşkilatının beyin mərkəzlərinin konfransında deyib.

“Orta dəhliz Şərq ilə Qərb arasında, həmçinin Şimal ilə Cənub arasında körpüdür, regionları birləşdirir və bəzən diqqətdən kənarda qalan istiqamətləri dəstəkləyir. Türk dünyası üçün bu, yalnız logistika deyil, eyni zamanda qlobal iqtisadiyyatda liderlik və strateji roldur”, - deyə Vaşa vurğulayıb.

O qeyd edib ki, layihə nəqliyyat çərçivəsini aşaraq mədəni, iqtisadi və siyasi aspektləri birləşdirir. TDT vasitəsilə Türk dövlətlərinin inteqrasiyası əsrlər boyu mövcud olmuş mədəni və tarixi əlaqələri rəsmiləşdirir və institutlaşdırır, o cümlədən təhsil, innovasiya, rəqəmsal iqtisadiyyat, xarici siyasət və təhlükəsizlik sahələrində gələcək əməkdaşlıq üçün əsas yaradır.

Mövzuya görə xəbərlər