Türkiyə Qazaxıstana xalça ixracatını azaldıb

Türkiyə Qazaxıstana xalça ixracatını azaldıb

Bakı. TurkicWorld:

Türkiyə 2022-ci ilin yanvar-may aylarında Qazaxıstana xalça ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz azaldaraq 2,3 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

May ayında Türkiyə Qazaxıstana xalça ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 48 faiz artıraraq 6,1 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2022-ci ilin yanvar-may aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14,3 faiz azalaraq 1,1 milyard dollara bərabər olub.

Bu ilin may ayında Türkiyə 158 milyon dollar məbləğində xalça ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 35,5 faiz azdır.

Qeyd olunub ki , son 12 ay ərzində (may 2021-may 2022) Türkiyə 3 milyard dollar məbləğində xalça ixrac edib.