Son dəqiqə

Azərbaycan Energetika Nazirliyi bərpa olunan enerji Bakı IFC Yaşıl Enerji Mərkəzi Asiya

Bakıda Azərbaycan-Mərkəzi Asiya Yaşıl Enerji Həftəsinin ikinci günü keçirilir

Bakı.TurkicWorld

Bakıda Azərbaycan- Mərkəzi Asiya Yaşıl Enerji Həftəsinin (Azerbaijan & Central Asia Green Energy Week 2025) ikinci günü keçirilir.

TurkicWorld xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Agentliyinin direktor müavini Rəna Hümbətova, Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin Enerji Səmərəliliyi və Bərpa Olunan Enerji Mənbələri Departamentinin rəhbər müavini Omar Sereteli, IFC-nin (Beynəlxalq Maliyyə Korporasiyası) Avropa və Cənubi Qafqaz üzrə infrastruktur üzrə investisiya meneceri Vyaçeslav Qordiyenko, eləcə də enerji şirkətlərinin digər nümayəndələri çıxış edəcəklər.

Tədbir çərçivəsində Azərbaycanda hidrogen energetikasının inkişaf perspektivləri, külək enerjisinin inkişafı: turbin istehsalçılarının innovativ həlləri, IFC-nin tərəfdaş olaraq oynadığı rol ( layihənin yaradılmasından tutmuş uzunmüddətli maliyyələşməyə qədər) kimi məsələlər müzakirə olunacaq.

Xəbər yenilənəcək

Mövzuya görə xəbərlər