Gələn il bir milyondan çox müalicə üçün gələn xarici vətəndaşa xidmət göstərəcəyik - Ərdoğan

Gələn il bir milyondan çox müalicə üçün gələn xarici vətəndaşa xidmət göstərəcəyik - Ərdoğan

Bakı. TurkicWorld:

Gələn il 1,5 milyon müalicə üçün gələn xarici vətəndaşa xidmət göstərərək qlobal səhiyyə bazarından on milyard dollar pay almağı hədəfləyirik, TurkicWorld-un məlumatına görə, bu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı bildirib.

“Türkiyə səhiyyə sektoru üçün dərmanlar, peyvəndlər və tibbi cihazlar istehsal edən şirkətlərinlərin tədqiqat və inkişafına dəstək üçün laboratoriyalar hazırlayır.” – deyə president əlavə edib.

O qeyd edib ki, bu işlərin aparılacağı laboratorya mərkəzi ixtisaslı insan resursları ilə Türkiyənin qürurlu texnologiya markalarından biri olacaq.

“İnanıram ki, bu mərkəzdən çalışacaq olan şirkətlər akademik və tədqiqatçıların dəstəyi ilə qısa müddətdə iri şirkətlərlə rəqabət apara biləcəklər.” – deyə Ərdoğan vurğulayıb.

Prezident bildirib ki, Türkiyə son 20 ildə hər sahədə olduğu kimi səhiyyə infrastrukturuna da qoyduğu sərmayələr sayəsində epidemiyadan da ən az itki ilə çıxmağı bacarıb.

Qeyd edək ki, Türkiyədə 2021-ci ildə 642 min 444 xarici vətəndaşa səhiyyə xidməti göstərilib və bundan əldə edilən gəlir 1 milyon 48 milyon 549 min ABŞ dolları, 2022-ci ilin birinci rübündə isə ölkəyə səhiyyə xidməti almaq üçün 284 min 577 xarici vətəndaş gəlib və bundan əldə edilən gəlir 332 milyon 212 min ABŞ dolları təşkil edib.