THY Türkiyənin ən dəyərli markası seçilib

THY Türkiyənin ən dəyərli markası seçilib

Bakı. TurkicWorld:

Beynəlxalq marka qiymətləndirmə təşkilatı (Brand Finance) 2022-ci il üçün "Türkiyənin Ən Dəyərli Brendləri" araşdırmasını tamamlayıb, TurkicWorld-un məlumatına görə bu ildə Türkiyənin ən dəyərli markası sıralamasında 1 milyard 604 milyon dollarla Türk Hava Yolları (THY) birinci sırada seçilib.

THY-ni ikinci sırada 1 milyard 452 milyon dollarla Arçelik, üçüncü sırada isə Ford Otosan markaları izləyir.

Qeyd edək ki, THY bundan öncə 2019, 2020 və 2021-ci illərdə də bu sıralamada birinci yerdə seçilib.