Bakı, TurkicWorld:
25-31 mart tarixlərində İstanbul Hava Limanı gündə 1 328 uçuşla Avropanın ən işlək hava limanı olub.
TurkicWorld xəbər verir ki, bu barədə Avropa Hava Naviqasiya Təhlükəsizliyi Təşkilatı məlumat yayıb.
Məlumata əsasən, 25-31 mart tarixlərində Türkiyə gündə orta hesabla 2 min 603 uçuşla Avropanın ən çox trafikə malik ölkələri arasında 6-cı sırada, Türk Hava Yolları isə 1319 uçuşla qeyd olunan dövrdə ən çox uçuş həyata keçirən aviaşirkətlər arasında 3-cü yerdə qərarlaşıb.