THY 2023-cü ildə 80 milyondan çox sərnişin daşıyıb

THY 2023-cü ildə 80 milyondan çox sərnişin daşıyıb

Bakı. TurkicWorld:

Türk Hava Yolları (THY) 2023-cü ildə 83,4 milyon sərnişin daşıyaraq rekord göstəriciyə çatıb.

TurkicWorld xəbər verir ki, Türk Hava Yollarının (THY) daxili sərnişin tutumu keçən il 2022-ci illə müqayisədə 19 faiz artaraq 30 milyonu keçib.

Beynəlxalq uçuşlarda isə sərnişin sayı 14 faiz artaraq 53 milyona çatıb.

Qeyd edək ki, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) dərc etdiyi məlumatlara görə, keçən il qlobal beynəlxalq sərnişin tutumu 2019-cu ildə COVID-19-dan əvvəlki dövrə nisbətən yüzdə 12 faiz gerilədiyi halda THY 27 faizə çataraq bu sektorda lider hava yolu şirkətlərindən biri olmağa davam etdi.

Türkiyənin aviasiya infrastrukturuna yatırdığı sərmayələr nəticəsində İstanbul Hava Limanı Avropada ən çox uçuş həyata keçirən hava limanına çevrilib.

X: Lamanasadli01