Son dəqiqə

Bakı Metropoliteni Asiya İnkişaf Bankı (AİB)

Bakı metrosu ilə AİB arasında əməkdaşlıq perspektivləri müzakirə edilib (FOTO)

Bakı. TurkicWorld:

Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurasında Azərbaycanı təmsil edən icraçı direktoru Reyçl Tompson ölkəmizdə rəsmi səfərdə olub.

TurkicWorld xəbər verir ki, bu barədə "Bakı metropoliteni"nin yaydığı məlumatda deyilir.

"Səfər çərçivəsində xanım R.Tompson AZCON Holding şirkətlərindən olan "Bakı Metropoliteni" QSC-nin sədri Vüsal Aslanovla görüşüb, iki qurum arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.

Həmçinin, qonaqlar metronun "28 May" və "Nizami" stansiyalarına baxış keçirib, müəssisənin fəaliyyəti ilə yaxından tanış olublar", - qurumdan bildirilib.

Mövzuya görə xəbərlər