
Bakı. TurkicWorld:
Bu ilin aprel ayında Türkiyənin İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan ölkələrə ixracı keçən ilin eyni ayına görə 12,7 faiz artaraq, 5,7 milyard dollar olub. Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirblər ki, bu il yanvar-aprel aylarında Türkiyənin İƏT–yə üzv ölkələrə ixracatı isə, keçən ilin eyni dövrünə görə 17,1 fazi artaraq, 21,3 milyard dollar olub.
“Bu ilin aprel ayında İƏT – yə üzv olan ölkələrdən 3,2 milyard dollarlıq mal idxal edib ki, bu da keçən ilin eyni ayı ilə müqayisədə 32,8 faiz çoxdur. Yanvar-aprel aylarında Türkiyə İƏT–yə üzv ölkələrdən 12,9 milyard dollar dəyərində mal idaxl edib ki, bu da keçən ilin eyni dövrünə nəzərən 33,7 faiz çoxdur” - deyə nazirlikdən bildirilib.
Xatırladaq ki, 2022-ci ilin aprel ayında Türkiyənin xarici ticarət dövriyyəsi 52 milyard 848 milyon dollar təşkil edib. Türkiyənin ixracatı 2021-ci ilin aprel ayı ilə müqayisədə 24,6 faiz artaraq 23 milyard 368 milyon dollar, idxalı isə 35 faiz artaraq 29 milyard 480 milyon dollar təşkil edib.
Bu ilin, yanvar-aprel aylarında Türkiyənin xarici ticarət dövriyyəsi 200 milyard 381milyon dollar olub.
Türkiyənin yanvar-aprel aylarında ixracı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 21,6 faiz artaraq 83 milyard 531 milyon dollar olub.
Bu dövrdə Türkiyənin itxalı isə 2021-ci ilin eyni dövrü ilə müqayisədə 40,2 faiz artaraq 116 milyard 85 miolyon dollara çatıb.
2021-ci ilin eyni dövründə Türkiyənin xarici ticarət dövriyyəsi 496 milyard 715 milyon dollar təşkil edib.