Son dəqiqə

Qarabağ Azərbaycan Mərkəzi Bankı Şərqi Zəngəzur

Qarabağ və Şərqi Zəngəzurdan banklara əmanət qoyuluşları artıb

BAKI, TurkicWorld, Zeynəb Raminqızı

Cari ilin avqustun 1-nə olan məlumata görə, Qarabağ iqtisadi rayonundan banklara qoyulmuş əmanətlərin həcmi 95,835 milyon manat olub.

Bu barədə TurkicWorld Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici bir ay əvvələ nisbətən 2,7 milyon manat və ya 2,8% az, 2024-cü ilin avqustun 1-nə olan göstərici ilə müqayisədə isə 12,9 milyon manat və ya 15,6% çoxdur.

Eyni zamanda, 2025-ci ilin avqustun 1-nə Şərqi Zəngəzur iqtisadi rayonundan banklara qoyulmuş əmanətlərin həcmi 778 min manat olub ki, bu da bir ay əvvəlki göstərici ilə müqayisədə 49 min manat, yaxud 8,2% çoxdur.

Qeyd edək ki, bu ilin avqustun 1-nə Azərbaycanda regionlar üzrə cəlb olunmuş əmanətlərin həcmi 15,456 milyard manat təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 19,087 milyon manat, yaxud 0,1%, 2024-cü ilin avqustun 1-nə olan göstərici ilə müqayisədə isə 1,5 milyard milyon manat və ya 10,7% çoxdur.

Mövzuya görə xəbərlər