Qarabağ

“Qarabağ”ın futbolçuları Çempionlar Liqasının ən sürətliləri arasındadırlar

Bakı. TurkicWorld:

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) UEFA Çempionlar Liqasında mübarizəni davam etdirən komandaların futbolçularının oyunlardakı qaçış sürəti ilə bağlı hesabatı açıqlayıb.

TurkicWorld xarici KİV-ə istinadən xəbər verir ki, 20 futbolçunun daxil olduğu siyahıda "Qarabağ"ın oyunçuları da yer alıblar.

Mərkəz müdafiəçiləri arasında ən yüksək göstərici Kevin Medinaya məxsusdur. O, 33,5 kilometr/saatla 12-ci olub.

Cinah müdafiəçilərinin statistikasında Elvin Cəfərquliyev (34,92 kilometr/saat) 6-cı, vingerlərdən Emmanuel Addai (35,87 kilometr/saat) 4-cü, mərkəz hücumçuları arasında isə Kamilo Duran (33,42 kilometr/saat) 12-ci pillədə qərarlaşıb.

Mövzuya görə xəbərlər