Son dəqiqə

Özbəkistan ixrac Türkiyə Ticarət nazirliyi Türkiyənin ixracı kimyəvi maddə Statistika 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası İxracat

Türkiyədən Özbəkistana kimyəvi maddə ixracı artıb (ÖZƏL)

BAKI, TurkicWorld, Zeynəb Raminqızı

Türkiyə 2025-cü ilin iyul ayında Özbəkistana kimyəvi maddə ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13,6 faiz artaraq, 36 milyon 728 min 9 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – iyul aylarında Türkiyədən Özbəskistana kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz artaraq, 213 milyon 923 min 33 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz artaraq, 19 milyard 203 milyon 67 min dollara bərabər olub.

“Bu ilin iyul ayında Türkiyə 3 milyard 433 milyon 803 min dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 32,9 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2024-iyul 2025) Türkiyə 31 milyard 566 milyon 448 min dollar məbləğində kimyəvi maddə ixrac edib.

Mövzuya görə xəbərlər