Son dəqiqə

sərnişin təyyarələri Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi Van hava limanı Türkiyədə hava nəqliyyatı 2025 Hava nəqliyyatı infrastrukturu Sərnişin rekordu Sərnişin sayı Hava limanlarında yüksək texnologiya Hava nəqliyyatı innovasiyaları

Van hava limanında sərnişindaşıma 860 min nəfəri keçib (ÖZƏL)

BAKI, TurkicWorld

2025-ci ilin iyul ayında Türkiyənin Van Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10 faiz azalaraq, 869 min 765 nəfər olub.

Bu barədə TurkicWorld -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin iyul ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 10 faiz azalaraq, 865 min 254 nəfər, beynəlxalq reyslər üzrə isə 32 faiz artaraq 4 min 551 nəfər təşkil edib.

2025-ci ilin iyul ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 11 faiz azalaraq 8 min 514 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin iyul ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12 faiz azalaraq, 8 min 420 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 114 faiz artaraq, 94 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2025-ci ilin iyul ayında həyata keçirilən uçuşların sayı 2024-cü ilin iyul ayı ilə müqayisədə 18 faiz azalaraq, 9 min 61 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 18 faiz azalaraq, 9 min 15, beynəlxalq reyslər üzrə isə 43 faiz azalaraq 46 olub.

2025-ci ilin iyul ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 134 milyon 866 min 883 nəfər, yük daşınması isə 2 milyon 834 min 635 ton təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.

Mövzuya görə xəbərlər