Son dəqiqə

turizm Türkiyə turizm statistikası Mədəni turizm təcrübələri Türkiyəli turistlər Turizm rekordları 2025 turizm mövsümü Turizm infrastrukturu Türkiyə Mədəniyyət və Turizm Naziri Turizm təzyiqi Turistik şəhərlər xarici turist axını Türkiyə turizm siyasəti

Türkiyəyə səfər edən Özbəkistanlıların sayı artıb (ÖZƏL)

BAKI, TurkicWorld

2025 -ci ilin iyununda Özbəkistandan Türkiyəyə 72 min 326 turist səfər edib ki, bu da 2024-cü ilin iyunu ilə müqayisədə 20,74 faiz çoxdur.

Bu barədə TurkicWorld -a Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Özbəkistan vətəndaşlarının payı 1,25 faiz təşkil edib.

2025-ci ilin yanvar-iyun aylarında Özbəkistandan Türkiyəyə 288 min 11 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,16 faiz çoxdur.

2025-ci ilin yanvar-iyun aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Özbəkistan vətəndaşlarının payı isə 1,35 faiz təşkil edib.

Nazirliyin məlumatında qeyd edilir ki, 2025-ci ilin iyununda Türkiyəyə 6 milyon 834 min 444 turist səfər edib ki, bu da ötən ilin iyunu ilə müqayisədə 9,13 faiz çoxdur.

2025 -ci ilin yanvar-iyun aylarında 26 milyon 388 min 831 turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,96 faiz çoxdur.

Mövzuya görə xəbərlər