Son dəqiqə

Azərbaycan Rəşad Nəbiyev Birləşmiş Ərəb Əmirlikləri BƏƏ Sultan Əhməd Əl-Cabir BƏƏ-nin Azərbaycandakı səfiri

Azərbaycan BƏƏ ilə birlikdə süni intellekt sahəsində birgə tədqiqat və inkişaf mərkəzinin yaradılmasını nəzərdən keçirir

BAKI, TurkicWorld

Azərbaycan BƏƏ ilə birlikdə süni intellekt sahəsində birgə tədqiqat və inkişaf mərkəzinin yaradılmasını nəzərdən keçirir.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" hesabında paylaşım edib.

"Əbu-Dabidə BƏƏ-nin sənaye və ən yeni texnologiyalar naziri Sultan Əhməd Əl-Caberlə görüş keçirdik. Görüşdə süni intellekt, kibertəhlükəsizlik, rəqəmsallaşma sahəsində əməkdaşlığın genişləndirilməsi, kadr potensialının artırılması, təlim, mübadilə və təqaüd proqramlarının təşkili məsələlərini müzakirə etdik.

Həmçinin süni intellekt sahəsində birgə tədqiqat və inkişaf mərkəzinin yaradılması, müştərək investisiya imkanlarının araşdırılması, həmçinin birgə risk kapitalı fondunun təşkil edilməsi barədə fikir mübadiləsi apardıq", - deyə paylaşımda qeyd edilib.

Mövzuya görə xəbərlər