Son dəqiqə

Türkiyə Ticarət nazirliyi Türkiyənin ixracatı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM) avtomobil ixracı

Türkiyənin avtomobil ixracı 23 milyard dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld

2025-ci ilin yanvar-iyul aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz artaraq, 23 milyard 822 milyon 213 min dollara bərabər olub.

Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin iyul ayında Türkiyə 3 milyard 837 milyon 870 min dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 23 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2024-iyul 2025) Türkiyə 40 milyard 210 milyon 571 min dollar məbləğində avtomobil ixrac edib.

Mövzuya görə xəbərlər