Pakistan Türkiyədən üçüncü hərbi gəmisini təhvil alıb

Pakistan Türkiyədən üçüncü hərbi gəmisini təhvil alıb

Bakı. TurkicWorld:

Pakistanda Türkiyənin MİLGEM (Milli Gəmi) Layihəsi çərçivəsində ‘Bədr’ gəmisini təhvil alıb, TurkicWorld-un məlumatına görə bu Pakistanın MİLGEM layihəsi çərçivəsində Türkiyədən aldığı 3-cü hərbi gəmidir.

Xatırladaq ki, Pakistanın MİLGEM Layihəsi çərçivəsində aldığı ilk hərbi gəmi ‘PNS Baburn’ 15 avqust 2021-ci ildə İstanbul Gəmiqayırma zavodunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Prezidenti Arif Alvinin də iştirak etdiyi mərasimlə suya buraxılıb.

Məlumat üçün qeyd edək ki, MİLGEM (Milli Gəmi) Layihəsi Türkiyə Respublikasının milli hərbi gəmi proqramıdır. Türkiyə Hərbi Dəniz Qüvvələri tərəfindən idarə olunan layihə kəşfiyyat, müşahidə, erkən xəbərdarlıq, sualtı qayıqlara qarşı döyüş, yerdən-yerə döyüş, hava döyüşü və amfibiya əməliyyatları kimi bir sıra missiyalarda istifadə oluna bilən çoxməqsədli korvetlər və freqatlar inkişaf etdirməyi hədəfləyir.