Son dəqiqə

Qırğızıstan Türkiyə Ticarət nazirliyi elektrik avadanlıqları Türkiyənin ixracatı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM) İxracat

Türkiyədən Qırğızıstana elektrik avadanlıqları ixracı artıb (ÖZƏL)

Bakı, TurkicWorld

Türkiyə 2025-cü ilin iyun ayında Qırğızıstana elektrik avadanlıqları ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 faiz artaraq, 3 milyon 466 min 38 dollara çatdırıb.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – iyun aylarında Türkiyədən Qırğızıstana elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,2 faiz artaraq, 27 milyon 751 min 93 dollara bərabər olub.

“Bu ilin iyun ayında Türkiyə 1 milyard 277 milyon 269 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 7,5 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2024-iyun 2025) Türkiyə 17 milyard 164 min 529 dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Mövzuya görə xəbərlər